Türkiyədə əyləncə mərkəzində divar çöküb - Yaralılar var

Türkiyədə - İzmirin Bornova rayonunda yerləşən əyləncə mərkəzində dekorativ divarın qəfil uçması nəticəsində 6 nəfər xəsarət alıb.Bu barədə Türkiyə KİV xəbər verir.
Hadisə Kazımdirik məhəlləsində baş verib.
Şahidlərin verdiyi məlumata görə, dekor divar qəfildən müştərilərin üzərinə aşıb və bu, məkanda çaxnaşmaya səbəb olub.
İlkin olaraq təcili tibbi yardım və polis hadisə yerinə göndərilib. Yaralılar dərhal Ege Universiteti Xəstəxanasına aparılıb, onlara tibbi yardım göstərilib.
Hadisə ilə bağlı polis araşdırma aparır.
Son xəbərlər
Daha çox 