"Air China" aviaşirkətinin təyyarəsi Şanxayda təcili eniş edib

Çinin "Air China" aviaşirkətinin təyyarəsi bortunda litium batareyasının alışması səbəbindən Şanxayda təcili eniş edib.Bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Məlumata görə, uçuş nömrəsi CA139 olan bu marşrut üzrə təyyarə Hangjou şəhərindən qalxdıqdan sonra kabinanın üst baqaj rəfinin içində saxlanılmış sərnişin əl yükündəki litium batareyası birdən‑birə alışıb.
Ekipaj dərhal prosedurlara uyğun olaraq tədbir görüb və heç bir yaralanma qeydə alınmayıb. Təyyarə uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Şanxay Pudong Beynəlxalq Hava Limanına yönləndirilib.
Son xəbərlər
Daha çox 