İrəvanda Karapetyanın və keşişlərin azad edilməsi tələbi ilə mitinq keçirilir

İrəvanın Azadlıq meydanında biznesmen Samvel Karapetyanın azadlığa buraxılması tələbi ilə "Öz yolu ilə" hərəkatının mitinqi keçirilir.Bu barədə Ermənistan KİV xəbər verir.
Aksiya iş adamının oktyabrın 16-da həbs müddətinin uzadılması, həmçinin Araqatsotn yeparxiyasının ruhanilərinin kütləvi şəkildə saxlanması fonunda başlayıb.
Mitinqdə müxtəlif siyasi və ictimai xadimlərlə yanaşı, din xadimləri də iştirak edir. Etirazlara "Müqəddəs mübarizə" hərəkatının tərəfdarları və onun lideri arxiyepiskop Baqrat Qalstanyan da qoşulub.
Son xəbərlər
Daha çox 