İmamoğlu barəsində “təhqir” ittihamına xitam verilib

İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş rəhbəri Əkrəm İmamoğluya qarşı irəli sürülmüş “dövlət məmurunu vəzifəsinə görə təhqir etmək” ittihamı çərçivəsində açılmış cinayət işi, məhkəmə başlamamışdan əvvəl ləğv edilib.Bu barədə Türkiyə KİV xəbər verir.
İstanbul 27‑ci Asliye Cəza Məhkəməsində keçirilən ilkin iclasda iş Türkiyə Cəza Məcəlləsinin 75‑ci maddəsinə əsasən rədd olunub.
İddianamədə qeyd olunurdu ki, 2025-ci ilin mart ayında İmamoğlu, ədliyyə binasında ifadə verdikdən sonra, iki dövlət ittihamçısını təhqir edib. Prokurorluq iddia edirdi ki, onun bu davranışı dövlət məmurunun şərəf və ləyaqətini alçaldır və müdafiə hüququ çərçivəsini aşır.
Prokurorluq bu səbəblə İmamoğlunun 9 aydan 4 il 1 aya qədər həbs cəzası və müəyyən hüquqlardan məhrum edilməsini tələb etmişdi.
Son xəbərlər
Daha çox 