ABŞ HƏMAS-ın Qəzza razılaşmasını pozmaq təhlükəsi barədə xəbərdarlıq edib

ABŞ Qəzza zolağında atəşkəs rejiminin HƏMAS tərəfindən pozulması təhlükəsi ilə bağlı Qəzza sülh razılaşmasının qarantı ölkələri – Qətər, Türkiyə və Misiri məlumatlandırıb.Bu barədə ABŞ Dövlət Departamenti "X" sosial şəbəkəsində yazıb.
"Fələstinli mülki şəxslərə qarşı planlaşdırılan bu hücum atəşkəs razılaşmasının birbaşa və açıq şəkildə pozulması olacaq və vasitəçilik səyləri ilə əldə edilmiş əhəmiyyətli irəliləyişə xələl gətirəcək", - deyə qeyd edilib.
Dövlət Departamenti bildirib ki, zaminlər HƏMAS-dan atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməyi tələb edir və hücumların davam edəcəyi təqdirdə Qəzza sakinlərini qorumaq üçün tədbirlər görəcəklərini vəd edib.
Son xəbərlər
Daha çox 