Ermənistan hökuməti tranzitlə bağlı Əliyevin açıqlamasını alqışlayıb

Ermənistan hökuməti Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana yük tranziti ilə bağlı qadağaların aradan qaldırıldığı barədə açıqlamasını alqışlayıb.
Baş nazir Nikol Paşinyanın ofisindən verilən bəyanatda bildirilir ki, bu addım Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq, regionda kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülhün institusionallaşdırılması baxımından əhəmiyyətlidir.
“Bu addım Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq, regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Ermənistanla Azərbaycan arasında yaradılmış sülhün institusionallaşdırılması üçün böyük əhəmiyyət kəsb edir”, – Paşinyanın ofisindən bildirilib.
Prezident İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə birgə bəyanatında qeyd etmişdi ki, Ermənistana tranzit yüklərə tətbiq edilən məhdudiyyətlər tamamilə aradan qaldırılıb və ilk belə yük partiyası Qazaxıstandan gələn taxıl olub.
Aytac