Londonda “İstəklilər koalisiyası”nın görüşü baş tutacaq

Oktyabrın 24-də Londonda Böyük Britaniya və Fransanın həmsədrliyi və NATO-nun baş katibinin iştirakı ilə "İstəklilər koalisiyası”nın görüşü baş tutacaq.Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
"NATO-nun baş katibi Mark Rutte oktyabrın 24-də Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makronun sədrliyi ilə "İstəklilər koalisiyası"nın iclasında iştirak etmək üçün Londona gedəcək", - məlumatda deyilir.
Koalisiyanın gündəliyində Ukraynanın dəstəklənməsi və bu münaqişənin həlli üçün 12 bəndlik planın müzakirəsi var.