Trampdan İsrailə xəbərdarlıq
ABŞ Prezidenti Donald Tramp “Time” nəşrinə müsahibəsində Yaxın Şərqlə bağlı mövqeyini açıqlayıb.
O, Qəzzaya səfər etməyi planlaşdırdığını və İsrail hökumətinə İordan çayının qərb sahilini ilhaq etməməsi barədə ultimatum verdiyini deyib.
“Bu baş verməyəcək, çünki mən ərəb ölkələrinə söz vermişəm. Bizim böyük ərəb dəstəyimiz var idi. Əgər bu baş verərsə, İsrail ABŞ-dan bütün dəstəyi itirəcək”,-Tramp vurğulayıb.
Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, Yaxın Şərqdə hazırda tarixi birlik müşahidə olunur və artıq yalnız HƏMAS kimi qruplar qalıb.