Zelenski atəşkəs planından danışıb
Qondarma “istəklilər koalisiyası” yaxın 7–10 gün ərzində Ukraynada atəşkəs planı hazırlamağı planlaşdırır. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
“Bir neçə qısa məqam. Məsələn, atəşkəs planı. Biz bunun üzərində növbəti həftə və ya on gün ərzində işləmək qərarına gəldik,” – Zelenski RBC-Ukraynaya açıqlamasında deyib.
Ukrayna lideri qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin bu planı qəbul etməsi real görünmür.
Rusiya xarici işlər naziri Sergey Lavrov daha əvvəl bəyan etmişdi ki, Avropa liderlərinin və Zelenskinin atəşkəslə bağlı çağırışları “Kiyev rejiminə yenidən toparlanmaq üçün vaxt qazandırmaq” məqsədi daşıyır. Lavrov həmçinin 2022-ci ilin aprelində Böyük Britaniyanın sabiq baş naziri Boris Consonun İstanbulda Ukrayna və Rusiya nümayəndələri arasında imzalanması gözlənilən sazişi pozduğunu xatırladıb. Bundan sonra Kiyev Moskva ilə danışıqlardan imtina edərək Putinin Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunması və Avropa qoşunlarının Ukraynada yerləşdirilməsi tələbi ilə çıxış etmişdi.
Rusiya Ukraynada 2022-ci ilin fevralından hərbi əməliyyatlar keçirir.
Aytac
Son xəbərlər
Daha çox