İsraildə fövqəladə vəziyyət ləğv edilib
İsrailin müdafiə naziri İsrael Kats iki ildən sonra ilk dəfə ölkənin cənubunda fövqəladə vəziyyətin ləğv olunduğunu elan edib.Bu barədə "The Times of Israel" xəbər verir.
Nazir qeyd edib ki, qərar İsrailin cənubundakı yeni təhlükəsizlik reallığını əks etdirir. O əlavə edib ki, buna İsrail qoşunlarının son iki ildə HƏMAS-a qarşı qətiyyətli hərəkətləri sayəsində nail olunub.
7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra ölkə hökuməti fövqəladə vəziyyət elan edib. Sonradan fövqəladə vəziyyət yalnız İsrailin cənubu ilə məhdudlaşdırılıb.
Son xəbərlər
Daha çox