• $ 1.7
  • € 1.9672
  • ₽ 0.020995
  • ₺ 0.0402
  • £ 2.232

Belarus Litva diplomatına etiraz notası təqdim edib

Belarus Litva diplomatına etiraz notası təqdim edib
27.10.2025 21:10

Belarus Xarici İşlər Nazirliyi (XİN) bu gün Litva–Belarus sərhədi boyunca sərhədin birtərəfli bağlanması ilə bağlı olaraq Litva səfirliyi nümayəndəsinə etiraz notası təqdim edib.

Rəsmilərin verdiyi məlumata görə, bu gün Litvanın müvəqqəti işlər vəkili Erikas Vilkanetsas XİN-ə çağırılıb və ona “əvvəlcədən xəbərdarlıq edilmədən həyata keçirilən növbəti birtərəfli sərhəd bağlanması” ilə bağlı etiraz notası çatdırılıb.

Nazirlik bəyan edib ki, Litvanın bu qərarı Belarus, Litva və Avropa İttifaqı vətəndaşlarının hüquqlarına mənfi təsir göstərir və belə bir addım Şengen zonası və bütövlükdə Aİ-nin fundamental dəyəri sayılan hərəkət azadlığı prinsipinə etinasızlıqdır.

"Biz sıravi insanların siyasi konyukturanın əsirinə çevrildiyi bu cür hərəkətlərin xalq əleyhinə olduğunu dilə gətirməyə məcburuq", - XİN-in mətbuat xidmətindən qeyd edilib.

Bəyanatda həmçinin vurğulanır ki, Belarus sərhəd nəzarəti mövzusunda dialoqun və praktik əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS daha bir girovun meyitini İsrailə təhvil verəcək
Dünya 19:48
HƏMAS daha bir girovun meyitini İsrailə təhvil verəcək
Baqrat Qalstanyanın həbs müddəti daha 3 ay uzadılıb
Dünya 18:41
Baqrat Qalstanyanın həbs müddəti daha 3 ay uzadılıb
Mirzoyan Gürcüstana səfər edəcək
Dünya 18:07
Mirzoyan Gürcüstana səfər edəcək
Pavel Durova qoyulan məhdudiyyətlər qaldrılıb
Dünya 17:52
Pavel Durova qoyulan məhdudiyyətlər qaldrılıb
BBC Trampdan üzr istəyə bilər
Dünya 17:07
BBC Trampdan üzr istəyə bilər
Ermənistanda 10-a yaxın din xadimi istintaqa çağırılıb
Dünya 16:43
Ermənistanda 10-a yaxın din xadimi istintaqa çağırılıb
Paşinyan parlament sədri Simonyanı danlayıb - VİDEO
Dünya 16:25
Paşinyan parlament sədri Simonyanı danlayıb - VİDEO
Türkiyə təyyarəsinin fraqmentlərinin ekspertizası aparılır-Gürcüstan DİN
Dünya 14:12
Türkiyə təyyarəsinin fraqmentlərinin ekspertizası aparılır-Gürcüstan DİN
İstanbulda zəlzələ olub
Dünya 13:32
İstanbulda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol