Türkiyə və İngiltərə "Eurofighter" qırıcıları ilə bağlı müqavilə imzaladılar
Böyük Britaniya Türkiyə ilə 8 milyard funt sterlinq (təxminən 10,7 milyard dollar) dəyərində 20 ədəd “Eurofighter Typhoon” təyyarəsinin tədarükü barədə müqavilə imzalayıb.Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanin Baş naziri Keyr Starmerlə keçirdiyi mətbuat konfransında açıqlama verib.
“Böyük Britaniya ölkəmizin ən böyük ticarət və investisiya tərəfdaşlarından biridir. Ticarət həcmimizi 40 milyard dollara çatdırmağı hədəfləyirik. Böyük Britaniya vətəndaşlarının ölkəmizi ikinci vətən hesab etmələri bizi sevindirir. Bu məqsədlə biz ikitərəfli çərçivənin imzalanması üçün danışıqlara başlamışıq.Nümayəndə heyətləri arasında “Eurofighter” qırıcı təyyarələrinin tədarükü müqaviləsi imzalanıb. Mən bu müqaviləni iki yaxın müttəfiq kimi aramızda olan strateji münasibətlərin simvolu kimi görürəm”, - Ərdoğan bildirib.
Son xəbərlər
Daha çox