Türkiyədə 6,1 maqnitudalı zəlzələ baş verib - Yenilənib
Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində dağıntılar qeydə alınıb.Bu barədə "Haber Global" xəbər verir.
Bildirilib ki, vilayətin Sındırqı rayonunda bir neçə bina uçub.
Ölkənin səhiyyə naziri Kemal Memişoğlu indiyə kimi tibb xidmətinə müraciətin qeydə alınmadığını açıqlayıb.
23:59
Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib.Bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, zəlzələ Türkiyə saatı ilə 22:48-də Balıkesirin Sındırqı rayonunda qeydə alınıb.
Yeraltı təkanları ocağı 5,99 kilometr dərinlikdə yerləşib.
Dağıntı barədə məlumat yoxdur.
Son xəbərlər
Daha çox