Rusiya Yaponiya səfirliyinə etiraz bildirib
 
            Rəsmi Moskva Yaponiyanın Moskvadakı səfirliyinə “Joint Exercise 2025” təlimlərinin Rusiyanın Uzaq Şərq sərhədləri yaxınlığında keçirilməsi ilə bağlı sərt etiraz məktubu göndərib.Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya Yaponiya-Amerika birgə hərbi təlimlərini “təxribatçı hərbi fəaliyyət” adlandıraraq, onun Rusiyanın təhlükəsizliyi üçün potensial təhdid olduğunu vurğulayıb. Mətnə görə, Yaponiya-Amerika birgə təlimləri çərçivəsində “Tifon” orta mənzilli raket sisteminin yerləşdirilməsi planlaşdırılır və Rusiya bu kontekstdə özünün cavab tədbirlərini həyata keçirmək hüququnu saxlayır.
Son xəbərlər             
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
Daha çox             
        
     
                             
                             
                             
                             
                     
                         
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
         
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                    