Türkiyə və Pakistan XİN başçıları görüşüb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
Görüş İstanbulda keçirilən Qəzza mövzusundakı iclasdan əvvəl baş tutub.
Bu gün Hakan Fidanın sədrliyi ilə Qəzza Zirvəsi keçiriləcək.
Zirvədə Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniya xarici işlər nazirləri iştirak edəcək.
Aytac
Son xəbərlər
Daha çox