Saakaşvilinin partiyasının ləğv olunması üçün müraciət edilib
            Gürcüstanın hakim “Gürcü arzusu” partiyası sabiq Prezident Mixail Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyasının ləğv olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Bu barədə TASS məlumat yayıb.
Bu, instansiyanın müraciəti qeydə aldığını təsdiqləyir.
İddia ərizəsini parlamentin 88 deputatı təqdim edib. Sənəddə Saakaşvilinin partiyası da daxil olmaqla üç müxalif siyasi qüvvənin qeyri-konstitusion hesab edilməsi və qadağan olunması tələbi yer alır.
Sentyabrın 27-si Gürcüstan Baş naziri İrakli Kobaxidze oktyabr ayında Saakaşvilinin 2004-2013-cü illərdə rəhbərlik etdiyi “Vahid Milli Hərəkat” partiyasının ləğv olunması üçün Konstitusiya Məhkəməsinə müraciət ediləcəyini açıqlamışdı.
Onu da bildirək ki, 57 yaşlı Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə getdiyi Tbilisidə saxlanılmışdı. Bu ilin əvvəlində isə eks-prezident 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.