• $ 1.7
  • € 1.9534
  • ₽ 0.020988
  • ₺ 0.0404
  • £ 2.2143

Aİ Şengen vizalarının verilməsi qaydalarında dəyişiklikləri elan edib

Aİ Şengen vizalarının verilməsi qaydalarında dəyişiklikləri elan edib
06.11.2025 23:04

Brüssel viza siyasətinin Avropa İttifaqı (Aİ) ölkələrinin səlahiyyətində olmasına baxmayaraq, lazım gəldikdə, təhlükəsizlik və miqrasiya riskləri nəzərə alınmaqla ümumAvropa qaydaları tətbiq edə, o cümlədən çoxdəfəlik vizaların verilməsi şərtlərini sərtləşdirə bilər.

Aİ-nin rəsmi nümayəndəsi Markus Lammert rusiyalılara Şengen vizasının verilməsi qaydalarının sərtləşdirilməsinə dair yayılan məlumatları belə şərh edib.

Onun sözlərinə görə, 2022-ci ildə Rusiya vətəndaşları üçün müəyyən məhdudiyyətlər tətbiq edilsə də, çoxdəfəlik vizaların verilməsinə qadağa qoyulmayıb.

Bununla belə, Lammert jurnalistlərə vəziyyətin dəyişə biləcəyini və yaxın vaxtlarda bununla bağlı xəbərlərin olacağını bildirib.

Ukraynada müharibənin başlanmasından sonra Aİ Rusiya ilə sadələşdirilmiş viza rejimi haqqında sazişi dayandırıb və üzv ölkələrə rusiyalılara “Şengen” verilməsini məhdudlaşdırmağı, təhlükəsizlik və sərhəd nəzarətini gücləndirməyi tövsiyə edib.

2019-cu ildə Rusiya vətəndaşlarına 4 milyondan çox Şengen vizası verildiyi halda, 2023-cü ildə bu rəqəm 500 minə qədər azalıb. Lakin 2024-cü ildə verilən vizaların sayında artım müşahidə olunur ki, bu da əlavə məhdudiyyətlərin nəzərdən keçirilməsi üçün səbəblərdən biri ola bilər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qəddafinin oğlu həbsdən azad edilib
Dünya 00:05
Qəddafinin oğlu həbsdən azad edilib
Qazaxıstan “İbrahim sazişləri”nə qoşulur
Dünya 23:55
Qazaxıstan “İbrahim sazişləri”nə qoşulur
Tramp İrana qarşı sanksiyaların müddətini bir il artırıb
Dünya 23:30
Tramp İrana qarşı sanksiyaların müddətini bir il artırıb
Aİ Şengen vizalarının verilməsi qaydalarında dəyişiklikləri elan edib
Dünya 23:04
Aİ Şengen vizalarının verilməsi qaydalarında dəyişiklikləri elan edib
Tramp Çin mallarına qarşı artırılmış rüsumların tətbiqini bir il təxirə salıb
Dünya 22:24
Tramp Çin mallarına qarşı artırılmış rüsumların tətbiqini bir il təxirə salıb
Türkiyədə 4,3 maqnitudada zəlzələ olub
Dünya 20:49
Türkiyədə 4,3 maqnitudada zəlzələ olub
İsrail Livanda Hizbullah mövqelərinə zərbələr endirib
Dünya 19:11
İsrail Livanda Hizbullah mövqelərinə zərbələr endirib
Nensi Pelosi Konqresdən getdiyini açıqlayıb
Dünya 19:00
Nensi Pelosi Konqresdən getdiyini açıqlayıb
Rusiyada mer istefa verib
Dünya 17:00
Rusiyada mer istefa verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol