Suriyada Əhməd əş-Şəraaya qarşı sui-qəsdlərin qarşısı alınıb
Suriyada Prezident Əhməd əş-Şəraanın öldürülməsini hədəfləyən iki sui-qəsd cəhdinin qarşısı alınıb.Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən bildirib.
Məlumata görə, qəsdi "İslam Dövləti" həyata keçirməyi planlayıb.
Qeyd edilir ki, sui-qəsdlərin üstü son bir neçə ay ərzində açılıb. Sui-qəsdlərdən biri Əhməd əş-Şəraanın iştirak etməli olduğu "əvvəlcədən elan edilmiş nişan mərasimində" həyata keçirilməsi planlaşdırılırdı.
Digər detallar dəqiqləşdirilmir.
Son xəbərlər
Daha çox