Rumıniyanın müdafiə naziri istefa verib
Rumıniyanın müdafiə naziri Yonuts Moşteanu ali təhsilinə dair məlumatlarla bağlı yaranan qalmaqal fonunda istefa verib.Bu barədə Rumıniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Baş nazir İlie Bolojan bildirib ki, nazirin istefa ərizəsi qəbul olunub və müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası iqtisadiyyat, rəqəmsallaşma, sahibkarlıq və turizm naziri Radu Mirutsaya tapşırılacaq.
Moşteanu sosial şəbəkədə açıqlamasında “təhsil məsələsinə dair müzakirələrin ölkənin gündəmini yayındırmaması üçün” vəzifədən getdiyini qeyd edib. O, qərarı barədə Rumıniya Prezidenti Nikuşor Dana, Baş nazir İlie Boločana və Rumıniyanın Xilas Birliyi (USR) Partiyasının rəhbərliyinə məlumat verib.
Moşteanunun rəsmi tərcümeyi-halında Buxarestdəki Ateneum Universitetini bitirdiyi göstərilsə də, ali məktəb rəhbərliyi onun həmin universitetdə oxumadığını açıqlayıb. Daha sonra nazirin paytaxtdakı Bioterra Universitetində təhsil aldığı bəlli olub.
Moşteanu 23 iyunda müdafiə naziri təyin olunub. Bundan əvvəl USR partiyasından parlamentdə deputat və nəqliyyat nazirinin müşaviri olub.