• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Tailand əməkdaşlığını gücləndirmək üçün gələcək addımları müzakirə ediblər

Azərbaycan və Tailand əməkdaşlığını gücləndirmək üçün gələcək addımları müzakirə ediblər
28.11.2025 18:05

28 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tailand Parlamentinin nəzdində fəaliyyət göstərən Kral Prajadhipok İnstitutunun Baş katibi İssara Sereevatthanavutu qəbul edib.Bu barədə XİN məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Tailand arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, o cümlədən parlament diplomatiyası, beyin mərkəzləri arasında əlaqələr və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının beynəlxalq platformalarda fəal roluna diqqət çəkərək, ölkəmizin Qoşulmama Hərəkatına, COP29-a və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) sədrliyi, irəli sürülən təşəbbüslərin qlobal əməkdaşlığa verdiyi töhfə barədə məlumat verib. Növbəti il ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13), BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP) və CICA sammitləri barədə məlumat verərək bu tədbirlərin regiondaxili və beynəlxalq dialoqa əlavə dəyər qatacağını bildirib.

Görüşdə həmçinin Kral İnstitutunun Azərbaycan beyin mərkəzləri ilə təmasları və bu çərçivədə aparılan əməkdaşlıq perspektivləri, eləcə də iki ölkə arasında Xarici İşlər Nazirlikləri arasında qarşıdan gələn məsləhətləşmələrin təşkili məsələləri müzakirə olunub.

Tərəflər Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatının fəaliyyəti, həmçinin Azərbaycan Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu çərçivəsində qarşılıqlı parlament əməkdaşlığının genişlənməsinin əhəmiyyətini qeyd ediblər.

Eyni zamanda, Azərbaycan tərəfindən həyata keçirilən təqaüd proqramları, təhsil mübadiləsi imkanları, turizm sahəsində əməkdaşlıq və qarşılıqlı yüksək səviyyəli səfərlərin təşkili məsələləri görüşün diqqət mərkəzində olub.

Görüşdə həmçinin qarşılıqll maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər nəzərdən keçirilib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol