• $
  • £

Paşinyan: Katolikos II Qaregin milli təhlükəsizlik üçün təhdiddir

Paşinyan: Katolikos II Qaregin milli təhlükəsizlik üçün təhdiddir
04.12.2025 18:08

Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü bildirib ki, bütün ermənilərin katolikosu II Qaregin (Ktriç Nersisyan) milli təhlükəsizlik üçün təhdiddir və vəzifədən getməlidir.

Paşinyan jurnalistlərin suallarını cavablandırarkən Kilsə ruhanilərinə Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının səfərləri ilə bağlı mətbuatda yer alan xəbərləri şərh edib və liturgiyalar zamanı katolikosun adının çəkilməməsi ilə bağlı iddiaları təkzib edib.

Onun sözlərinə görə, hazırkı kilsə rəhbəri katalikosluq institutuna ziyan vurur.

“Ktriç Nersisyan getməlidir. Başqa variant yoxdur. Nə böyük leytenantlar, nə də yad xüsusi xidmət orqanlarının general-polkovnikləri ona kömək etməyəcək”, — baş nazir deyib.

Paşinyan kilsə ətrafında yaranan gərginliyi “sağlamlaşdırıcı proses” adlandırıb və demokratik ölkələrdə ictimai müzakirələrdən qaçmağın yolverilməz olduğunu bildirib.

Baş nazir əlavə edib ki, hökumətə tabe olan katolikos istəmir, lakin xarici strukturların təsiri altında ola biləcək kilsə rəhbəri də  qəbuledilməzdir. 

O, katolikosla bağlı kompromat iddialarını da rədd edərək, “Ktriç Nersisyan və onun qardaşı — gəzən kompromatlardır”, deyib və katalikosun qardaşını “sabiq KQB agenti” adlandırıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana endirdiyi zərbədə "İslam cihadı"nın komandiri öldürülüb
Dünya 23:49
İsrailin Livana endirdiyi zərbədə "İslam cihadı"nın komandiri öldürülüb
İran səmasında ABŞ və İsrailə məxsus daha yeddi PUA vurulub
Dünya 23:05
İran səmasında ABŞ və İsrailə məxsus daha yeddi PUA vurulub
Ərdoğan NATO baş katibi ilə İran ətrafındakı vəziyyəti müzakirə edib
Dünya 22:30
Ərdoğan NATO baş katibi ilə İran ətrafındakı vəziyyəti müzakirə edib
İspaniya ABŞ-yə hərbi bazalarından istifadəni qadağan etdi
Dünya 21:24
İspaniya ABŞ-yə hərbi bazalarından istifadəni qadağan etdi
Türkiyədə zəlzələ olub
Dünya 20:53
Türkiyədə zəlzələ olub
Qətər İrandan uçan iki Su-24 təyyarəsini vurub
Dünya 20:47
Qətər İrandan uçan iki Su-24 təyyarəsini vurub
Dubay hava limanları uçuşları qismən bərpa edib
Dünya 19:27
Dubay hava limanları uçuşları qismən bərpa edib
Tramp İranla bağlı çıxış edəcək
Dünya 19:19
Tramp İranla bağlı çıxış edəcək
ABŞ bu ölkədəki səfirliyini bağladı
Dünya 18:33
ABŞ bu ölkədəki səfirliyini bağladı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol