• $ 1.7
  • € 2.0386
  • ₽ 0.022208
  • ₺ 0.0392
  • £ 2.3529

Naməlum dronlar Zelenskinin təyyarəsini təqib edib

Naməlum dronlar Zelenskinin təyyarəsini təqib edib
04.12.2025 21:15

Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsi Dublin hava limanına enməzdən əvvəl dörd hərbi tipli pilotsuz uçuş aparatı tərəfindən izlənilib.Bu barədə İrlandiyanın “The Journal” nəşri mənbələrə istinadən məlumat yayıb.

Hadisə dekabrın 1-də Zelenskinin İrlandiyaya səfəri zamanı baş verib. Mənbələr jurnalistlərə bildiriblər ki, 4 naməlum dron uçuş qadağasını pozaraq Dublin hava limanına gedən Ukrayna prezidentinin təyyarəsi ilə eyni trayektoriya ilə gedib.

Mənbələrin məlumatına görə, pilotsuz təyyarələr Dublinin şimal-şərqindən havaya qalxıb. Pilotsuz təyyarələrin qurudan, yoxsa aşkarlanmayan gəmidən gəldiyi hələlik məlum deyil.

Nəşr əlavə edib ki, pilotsuz təyyarələr daha sonra Zelenskinin səfərindən bir qədər əvvəl İrlandiya dənizində gizli şəkildə yerləşdirilən İrlandiya Hərbi Dəniz Qüvvələrinə məxsus LÉ William Butler Yeats gəmisinin üzərində dövrə vurub. Mənbələr jurnalistlərə bildiriblər ki, yerli hüquq-mühafizə orqanları artıq araşdırma aparır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Kremldə Laricani ilə görüşüb
Dünya 21:57
Putin Kremldə Laricani ilə görüşüb
Yaponiya yaşıl enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırır
Dünya 21:23
Yaponiya yaşıl enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırır
Ukrayna və Niderland XİN rəhbərləri təhlükəsizlik məsələlərini müzakirə edib
Dünya 20:30
Ukrayna və Niderland XİN rəhbərləri təhlükəsizlik məsələlərini müzakirə edib
Ermənistan ordusunda ruhani təmsilçiliyi ləğv olunub
Dünya 19:29
Ermənistan ordusunda ruhani təmsilçiliyi ləğv olunub
Ərdoğan İranın XİN başçısını qəbul edib
Dünya 18:19
Ərdoğan İranın XİN başçısını qəbul edib
Rusiya Ukrayna ilə məhbus mübadiləsini dayandırıb
Dünya 14:29
Rusiya Ukrayna ilə məhbus mübadiləsini dayandırıb
Ərdoğan İran–ABŞ gərginliyinin azaldılması üçün vasitəçilik təklif edib
Dünya 13:54
Ərdoğan İran–ABŞ gərginliyinin azaldılması üçün vasitəçilik təklif edib
Türkiyədə neft emalı zavodunda partlayış baş verib
Dünya 23:42
Türkiyədə neft emalı zavodunda partlayış baş verib
Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul edəcək
Dünya 22:38
Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol