İsrailin “Avroviziya 2026”-da iştirakı təsdiqlənib
Avropa Yayım Birliyi İsrailin 2026-cı ildə “Avroviziya” mahnı müsabiqəsində iştirakına icazə vermək qərarına gəlib.Bu barədə qərar 4 dekabr 2025-ci il tarixində keçirilən ümumi yığıncaqda səsvermədən sonra qəbul olunub.
Bu qərar bir sıra ölkələr, o cümlədən İspaniya, Hollandiya, İrlandiya, Sloveniya tərəfindən birmənalı olaraq qarşılanmayıb.
Sözügedən ölkələr İsrailin iştirak edəcəyi təqdirdə 2026-cı keçiriləcək “Avroviziya” mahnı müsabiqəsindən imtina edəcəklərini açıqlayıblar.