X sosial şəbəkəsi 120 milyon avro cərimələndi
Amerikalı milyarder və sahibkar İlon Maska məxsus "X" sosial şəbəkəsi 120 milyon avro məbləğində cərimələnib.Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Cəriməyə səbəb platformanın kontent moderasiyası ilə bağlı Avropa İttifaqı qanunvericiliyini pozmasıdır.
Nəşr qeyd edir ki, bu addım Ağ Ev və Brüssel arasında yeni mübahisələrin yaranmasına səbəb ola bilər.
Qərarda bildirilir ki, Avropa Komissiyası "X" platformasındakı ödənişli “mavi nişan” simvolunun istifadəçiləri çaşdırdığını, platformanın araşdırmaçıların məlumatlara çıxışını məhdudlaşdırdığını və müvafiq reklam yerləşdirilməsini təmin etmədiyini müəyyən edib.
Son xəbərlər
Daha çox