Niderlandda məhkumlar həbsxana əməkdaşlarını girov götürüb
Niderlandın Şimal Brabant vilayətinin Vüqt şəhərində yerləşən cəzaçəkmə müəssisəsində məhkumlar bir neçə həbsxana əməkdaşını girov götürüblər.Bu barədə NU.nl portalı məlumat yayıb.
Məlumata görə, insident həbsxananın xəstəxana bölməsinin psixiatrik şöbəsində baş verib.
Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri daxil olub. Niderlandın ədliyyə və təhlükəsizlik nazirliyi təsdiqləyib ki, insident yalnız həbsxananın daxilində baş verib və müəssisənin perimetri xaricində hər hansı axtarış tədbirləri aparılmır.
Girovların sayı və hadisənin detalları hələlik açıqlanmır.
Son xəbərlər
Daha çox