Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
Gürcüstanda aksiyaların keçirilməsi ilə bağlı qaydalar yenidən sərtləşdirilir.
Bununla bağlı ölkənin “Toplantılar və nümayişlər haqqında” Qanununa və İnzibati Xətalar Məcəlləsinə düzəlişlərin edilməsi nəzərdə tutulub.
Layihəyə əsasən, aksiyalarla bağlı dövlət orqanının əvvəlcədən xəbərdarlıq etmək öhdəliyi müəyyən ediləcək.
Sənəddə bildirilib ki, toplantı və yaxud nümayiş ictimai təhlükəsizliyə və asayişə, müəssisə və təşkilatların normal fəaliyyətinə, nəqliyyat vasitələri və insanların hərəkətinə təhlükə yaradırsa, dövlət orqanı iştirakçıları alternativ məkan, aksiyanın keçirilmə vaxtı və yaxud üsulu barədə təlimatlandırmaq səlahiyyətinə malik olacaq. Bu təlimatın yerinə yetirilməməsi məsuliyyətə səbəb olacaq.