Yaponiyada 7,2 maqnitudalı zəlzələ baş verib
Yaponiyanın şimalında 7,2 maqnitudalı zəlzələ baş verib.Bu barədə Yaponiyanın meteorologiya idarəsi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 50 km dərinlikdə yerləşib.
Sahil bölgələrində mümkün sunami ilə bağlı xəbərdarlıq elan olunub. Sakinlərə təhlükəsizlik tədbirlərinə riayət etmək və rəsmi qurumların açıqlamalarını izləmək tövsiyə olunub.