• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Ermənistan Azərbaycanla bütün ticarət növlərini açmağa hazır olduğunu bildirir – Simonyan

Ermənistan Azərbaycanla bütün ticarət növlərini açmağa hazır olduğunu bildirir – Simonyan
10.12.2025 14:56

Rəsmi İrəvan Azərbaycanla ticarətdə yalnız neft və neft məhsullarına deyil, bütün növ malların dövriyyəsinə hazırdır. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. 

O vurğulayıb ki, hazırda gündəmdə olan mallar arasında buğda da yer alır və onun keyfiyyəti ilə bağlı iradlar əsassızdır.

Simonyan jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan məhsullarının Ermənistan ərazisindən tranziti region üçün əlavə iqtisadi imkanlar yarada bilər.

“Neft məhsulları birinci ola bilər, amma söhbət yalnız onlardan getmir. Buğda məsələsində də yanlış təsəvvür var idi – guya 4-cü sortdur və uyğun deyil. Halbuki həmin buğda çörəkbişirmədə də istifadə olunur”, – o qeyd edib.

Parlament sədri bildirib ki, enerji daşıyıcıları və ticarət kanallarının çoxalması həm Ermənistan, həm də Azərbaycan üçün iqtisadi səmərəlilik yarada bilər.

“Nə qədər çox alternativ olsa, tərəflər də bir o qədər öz maraqlarını reallaşdıra bilər.

Ermənistan da öz imkanlarından istifadə edərək həmin məhsulların tranzitinə şərait yarada bilər”, – Simonyan əlavə edib.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan musiqi qrupu yaratdı
Dünya 21:08
Paşinyan musiqi qrupu yaratdı
Ryabkov Trampın Rusiyaya səfər üçün dəvət aldığını təsdiqlədi
Dünya 19:08
Ryabkov Trampın Rusiyaya səfər üçün dəvət aldığını təsdiqlədi
Qrenlandiya işıqsız və istiliksiz qaldı
Dünya 18:21
Qrenlandiya işıqsız və istiliksiz qaldı
Türkiyə ilə Qətər regional məsələləri müzakirə edib
Dünya 17:01
Türkiyə ilə Qətər regional məsələləri müzakirə edib
ABŞ-da fırtına səbəbindən 12 mindən çox aviareys ləğv edilib
Dünya 08:56
ABŞ-da fırtına səbəbindən 12 mindən çox aviareys ləğv edilib
ABŞ narkotik ticarəti gəmisinə zərbə endirdi
Dünya 17:59
ABŞ narkotik ticarəti gəmisinə zərbə endirdi
İran özünün nüvə proqramı ilə bağlı danışıqlar aparmayacaq
Dünya 16:28
İran özünün nüvə proqramı ilə bağlı danışıqlar aparmayacaq
Rusiya ordusunun Kiyevə zərbəsi nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb
Dünya 16:14
Rusiya ordusunun Kiyevə zərbəsi nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb
Dəməşq və SDQ atəşkəsi bir ay müddətinə uzatmağı razılaşdırıblar
Dünya 15:58
Dəməşq və SDQ atəşkəsi bir ay müddətinə uzatmağı razılaşdırıblar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol