İslandiya "Eurovision-2026"da iştirak etməyəcək
İslandiya 2026-cı ildə Vyanada keçiriləcək Eurovision‑2026 mahnı müsabiqəsində iştirakdan imtina edəcəyi barədə qərar qəbul edib.Bu barədə Avstriyanın "Der Standard" qəzeti məlumat yayıb.
Buna səbəb olaraq İsrailin müsabiqəyə qatılmaq hüququnun tanınması göstərilir.
Ölkə bu səbəbdən müsabiqədən imtina edən Avropa Yayım İttifaqının beşinci üzvü olacaq. Əvvəllər Niderland, İspaniya, Sloveniya və İrlandiya oxşar planları açıqlayıblar.
Son xəbərlər
Daha çox