Ukrayna səfiri İsrail XİN-ə çağırılıb
Ukraynanın Təl-Əvivdəki səfiri Yevgen Korniyçuk İsrail XİN -ə çağırılıb.Bu barədə “Ynet” portalı xəbər verir.
Səfirin çağırılmasının səbəbi, onun Benyamin Netanyahunun Rusiya Prezidenti Vladimir Putin ilə danışıqları barədə fikirlərini tənqid etməsi olub.
Nazirliyin Avrasiya üzrə baş direktorunun müavini Yuval Foks görüş zamanı Korniyçuka bildirib ki, onun sözləri “tamamilə qəbuledilməzdir” və “diplomatik protokolun pozulmasıdır”.
Son xəbərlər
Daha çox