Moskvadan Səmərqəndə uçan təyyarə Buxarada məcburi eniş edib
Moskva-Səmərqənd reysi ilə uçan "Pobeda" aviaşirkətinə məxsus təyyarə bu səhər Səmərqənd aeroportunda olan güclü duman səbəbindən Buxaraya məcburi eniş edib.Bu barədə "Uzbekistan airports"un mətbuat xidməti məlumat yayıb.
"Səmərqənd aeroportundakı əlverişsiz meteoroloji şərait səbəbindən Moskva-Səmərqənd reysi ilə uçan təyyarə Buxarada məcburi eniş edib.Hazırda ekipaj və sərnişinlər Səmərqəndə uçmaq üçün havanın düzəlməsini gözləyirlər",- məlumatda bildirilib.
Son xəbərlər
Daha çox