• $
  • £

Suriyada ABŞ hərbçilərinə hücumda şübhəli bilinən beş nəfər saxlanılıb -Yenilənib

Suriyada ABŞ hərbçilərinə hücumda şübhəli bilinən beş nəfər saxlanılıb -Yenilənib
14.12.2025 23:23

Suriya Hüquq mühafizə orqanları Tədmurda iki ABŞ hərbçisinin həlak olduğu hücumda şübhəli bilinən beş nəfəri saxlayıb.Bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat verib.

***

Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Palmirada Suriya-Amerika patruluna edilən hücuma cavab olaraq Homs əyalətinin və ölkə səhrasının bir neçə ərazisində İŞİD terror qruplaşmasına qarşı əməliyyata başlayıb.Buaa barədə "Əl-İhbariyə" telekanalı xəbər verib.

Təhlükəsizlik qüvvələrinin sözçüsü Əli əs-Sufi bildirib ki, əməliyyat Ərəb Respublikasının şərq və cənub-şərq hissələrindəki səhrada gizlənən İŞİD ilə əlaqəli yaraqlılara qarşı yönəlib.

"Syria TV" telekanalının məlumatına görə, ABŞ-nin rəhbərlik etdiyi koalisiya atışma hadisəsindən sonra Palmira və onun ətrafında həbs kampaniyası aparır.

Şənbə günü silahlı şəxs Suriya-Amerika patruluna atəş açaraq ABŞ-nin iki hərbçisini və bir amerikalı mülki tərcüməçini öldürüb. Onların meyitləri Amerika helikopterləri ilə sərhəd bölgəsi Ət-Tanfdakı (Dəməşqdən 250 km məsafədə) Qərb koalisiyasının hərbi bazasına aparılıb. Suriya Daxili İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, hücum edən şəxs təhlükəsizlik qüvvələrinin üzvü olub, lakin komandanlıq vəzifəsi tutmayıb. O, atışma zamanı zərərsizləşdirilib. Hakimiyyət orqanları onun İŞİD ilə əlaqəsi olub-olmadığını və ya sadəcə terrorçuların ideologiyasına sadiq qalıb-qalmadığını araşdırır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana endirdiyi zərbədə "İslam cihadı"nın komandiri öldürülüb
Dünya 23:49
İsrailin Livana endirdiyi zərbədə "İslam cihadı"nın komandiri öldürülüb
İran səmasında ABŞ və İsrailə məxsus daha yeddi PUA vurulub
Dünya 23:05
İran səmasında ABŞ və İsrailə məxsus daha yeddi PUA vurulub
Ərdoğan NATO baş katibi ilə İran ətrafındakı vəziyyəti müzakirə edib
Dünya 22:30
Ərdoğan NATO baş katibi ilə İran ətrafındakı vəziyyəti müzakirə edib
İspaniya ABŞ-yə hərbi bazalarından istifadəni qadağan etdi
Dünya 21:24
İspaniya ABŞ-yə hərbi bazalarından istifadəni qadağan etdi
Türkiyədə zəlzələ olub
Dünya 20:53
Türkiyədə zəlzələ olub
Qətər İrandan uçan iki Su-24 təyyarəsini vurub
Dünya 20:47
Qətər İrandan uçan iki Su-24 təyyarəsini vurub
Dubay hava limanları uçuşları qismən bərpa edib
Dünya 19:27
Dubay hava limanları uçuşları qismən bərpa edib
Tramp İranla bağlı çıxış edəcək
Dünya 19:19
Tramp İranla bağlı çıxış edəcək
ABŞ bu ölkədəki səfirliyini bağladı
Dünya 18:33
ABŞ bu ölkədəki səfirliyini bağladı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol