Türkiyəli müğənni Aleyna Tilki və daha bir neçə tanınmış şəxs saxlanılıb
İstanbul Cumhuriyyət Baş Prokurorluğu narkotiklərlə bağlı aparılan istintaq çərçivəsində tanınmış şəxslərə qarşı əməliyyatları genişləndirib. Bu barədə Türkiyə mətbuatı yazıb.
Prokurorluğun Kaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə Bürosunun “istifadə məqsədilə narkotik və ya psixotrop maddə alma, qəbul etmə, saxlama və istifadə” maddəsi ilə apardığı istintaq çərçivəsində Aleyna Tilki, Danla Bilic və İrem Sak barəsində saxlanılma qərarı verilib. Onlar İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən saxlanılıb.
Bundan əvvəl eyni istintaq üzrə bir sıra tanınmış şəxslər ifadə vermək və analizlərin götürülməsi üçün jandarma orqanlarına aparılmışdı.
Rəsmi məlumatlara görə, səkkiz nəfərin qan və ya saç nümunələrində narkotik maddə izləri aşkar edilib, bir qrup şəxsdə isə yalnız dərman preparatlarına bağlı maddələr qeydə alınıb. Bir sıra şəxslərin analiz nəticələrinin isə “təmiz” olduğu açıqlanıb.
İstintaq tədbirləri davam edir.
Aytac