• $ 1.7
  • € 1.9977
  • ₽ 0.021379
  • ₺ 0.0398
  • £ 2.2726

Ermənistana Azərbaycan benzininin tədarükü davamlı olacaq -Papoyan

Ermənistana Azərbaycan benzininin tədarükü davamlı olacaq -Papoyan
18.12.2025 15:18

Ermənistan ilə Azərbaycan arasında yanacağın fasiləsiz tədarükü ilə bağlı razılaşma mövcuddur, lakin gələcək həcmlər və davamlılıq bazar şərtlərindən asılı olacaq. Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan NEWS.am-a müsahibəsində deyib. 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dekabrın 18-də yerli istehsal olan neft məhsullarından ibarət ilk partiyanı Ermənistana göndərib. Bu, son 30 ildə həmin ölkəyə həyata keçirilən ilk ixracdır. Tədarük noyabrın 28-də Qəbələdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan arasında keçirilən görüşdə əldə olunan razılaşmaya əsasən həyata keçirilib.
 

"Yaxın günlərdə Azərbaycan yanacağını daşıyan 20 vaqon Ermənistana çatacaq. Hökumətin əsas məqsədi biznes üçün müharibə deyil, ticarət mühiti yaratmaqdır. Müharibə qurban və itkilər gətirir, ticarət isə rifah yaradır”, – nazir deyib.

Onun sözlərinə görə, Bakı ilə Azərbaycan yanacağının fasiləsiz tədarükü ilə bağlı razılaşma mövcuddur, lakin gələcək həcmlər və davamlılıq bazar şərtlərindən asılı olacaq.

Nazir Ermənistanın özəl şirkətinin yanacağı hansı qiymətə aldığına dair sualı cavablandırarkən bildirib ki, bu, dövlətin müdaxilə etmədiyi özəl sahədir.

“Dövlətin vəzifəsi mühit yaratmaqdır. Misirdən və ya Rusiyadan benzin idxal edərkən də eyni yanaşma tətbiq olunur – hüquqi və müqavilə bazası yaradılır, qalanını isə biznes həll edir”, – Papoyan qeyd edib.

Azərbaycan benzininin Ermənistan bazarında mümkün satış qiymətinə toxunan nazir deyib ki, ilkin tədarüklər qeyri-standart olacaq və qiymətləri indidən demək çətindir. Onun sözlərinə görə, qiymətlər rəqabət əsasında formalaşacaq və bazarda iştirakçıların və mənbələrin artması qiymətlərin azalmasına səbəb ola bilər.

Papoyan yanacağı alan konkret şirkətin adını açıqlamayıb. Gürcüstan ərazisindən tranzit məsələsinə gəlincə, nazir ilk partiya üçün tranzit haqqının tutulmadığını xatırladıb, lakin gələcək tranzit şərtləri ilə bağlı Gürcüstanla hər hansı razılaşma barədə açıqlama verməyib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan Baş naziri Nikol Paşinyan NATO baş katibinin müavini ilə görüşüb
Dünya 16:53
Ermənistan Baş naziri Nikol Paşinyan NATO baş katibinin müavini ilə görüşüb
Ermənistana Azərbaycan benzininin tədarükü davamlı olacaq -Papoyan
Dünya 15:18
Ermənistana Azərbaycan benzininin tədarükü davamlı olacaq -Papoyan
Paşinyan Azərbaycandan Ermənistana neft məhsulları tədarükünü müsbət qiymətləndirib
Cəmiyyət 14:54
Paşinyan Azərbaycandan Ermənistana neft məhsulları tədarükünü müsbət qiymətləndirib
Türkiyəli müğənni Aleyna Tilki və daha bir neçə tanınmış şəxs saxlanılıb
Dünya 10:01
Türkiyəli müğənni Aleyna Tilki və daha bir neçə tanınmış şəxs saxlanılıb
ABŞ Senatı 2026-cı il üçün 900 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib
Dünya 23:51
ABŞ Senatı 2026-cı il üçün 900 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib
Polşa Rusiya və Belarusla sərhədi minalayacaq
Dünya 23:14
Polşa Rusiya və Belarusla sərhədi minalayacaq
Zelenski Avropa İttifaqı liderlərinin sammitində iştirak edəcək
Dünya 20:54
Zelenski Avropa İttifaqı liderlərinin sammitində iştirak edəcək
Putin “Prostokvaşino”nun qəhrəmanı oldu
Dünya 20:10
Putin “Prostokvaşino”nun qəhrəmanı oldu
Gümrü meri Vardan Qukasyanın həbs müddəti uzadılıb
Dünya 18:22
Gümrü meri Vardan Qukasyanın həbs müddəti uzadılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol