• $
  • £

İran riyalı dəyərini itirib, ekranlarda “0,00” görünür

İran riyalı dəyərini itirib, ekranlarda “0,00” görünür
13.01.2026 09:46

İran milli valyutası riyalın kəskin dəyərsizləşməsi nəticəsində bəzi bank və valyuta mübadilə sistemlərində məzənnə “0,00” kimi əks olunub. Bu barədə dünya valyuta birjialarında qeyd olunub.

Məlumata görə,  bu riyalın rəsmi olaraq sıfırlanması deyil, onun faktiki olaraq iqtisadi funksiyasını itirməsidir.

Mütəxəssislər bildirir ki, bank proqramları adətən məzənnələri vergüldən sonra iki rəqəm formatında göstərdiyi üçün bu qədər kiçik dəyər texniki olaraq ekrana sığmır və “0,00”a yuvarlaqlaşdırılır.

İqtisadçılara görə, bu hal riyalın hüquqi baxımdan dövriyyədən çıxması anlamına gəlmir. Lakin mövcud göstəricilər pul vahidinin real alıcılıq qabiliyyətini itirdiyini və kəskin dəyərsizləşmə mərhələsinə daxil olduğunu göstərir.

Analitiklər qeyd edir ki, Qərb sanksiyalarının davam etməsi, yüksək inflyasiya və regionda təhlükəsizlik riskləri fonunda hökumətin gördüyü sosial dəstək tədbirləri, valyuta böhranının qarşısını almaqda yetərli olmur.

İran riyalının kəskin dəyərsizləşməsinin əsas səbəbi ölkədə davam edən iğtişaşlar və etiraz aksiyalarıdır

İranda etiraz aksiyaları dekabrın 28-dən davam edir. İlk olaraq aksiyaçılar ölkədəki iqtisadi vəziyyətə və milli valyutanın dəyərinin enməsinə etiraz etsələr də, hadisələr daha sonradan siyasi xarakter alıb.

Aytac Zeynalova

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Bəhreyndəki ABŞ hərbi obyektlərinə zərbə endirib
Dünya 23:50
İran Bəhreyndəki ABŞ hərbi obyektlərinə zərbə endirib
Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir
Dünya 19:00
Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir
Rusiya Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil edib
Texnologiya 16:59
Rusiya Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil edib
Paşinyan: Aİİ faktiki olaraq iflic vəziyyətindədir
Dünya 16:49
Paşinyan: Aİİ faktiki olaraq iflic vəziyyətindədir
Türkiyədə meşə yanğınları davam edir, yüzlərlə sakin təxliyə olunub
Dünya 14:51
Türkiyədə meşə yanğınları davam edir, yüzlərlə sakin təxliyə olunub
Paşinyan: bazar günü hökumət istefa verəcək
Siyasət 14:47
Paşinyan: bazar günü hökumət istefa verəcək
Reuters: Tramp və Netanyahu İrana qarşı üç mümkün ssenarini müzakirə edib
Dünya 14:17
Reuters: Tramp və Netanyahu İrana qarşı üç mümkün ssenarini müzakirə edib

Yaponiyada baş verən zəlzələdə ölənlərin sayı 34-ə çatıb
Dünya 13:36
Yaponiyada baş verən zəlzələdə ölənlərin sayı 34-ə çatıb
Ermənistan hökumətinin ehtiyat fondu Aİ qrantı hesabına artırılıb
Dünya 13:24
Ermənistan hökumətinin ehtiyat fondu Aİ qrantı hesabına artırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol