Ermənistan Baş naziri Nikol Paşinyan NATO baş katibinin müavini ilə görüşüb
Ermənistan Baş naziri Nikol Paşinyan NATO baş katibinin müavini Radmila Şekerinskanı qəbul edib. Görüşdə Ermənistan-NATO tərəfdaşlığı və əməkdaşlığın inkişafı müzakirə olunub.
Paşinyan bildirib ki, Ermənistan regionda təhlükəsizlik və sabitliyi təşviq etmək üçün NATO da daxil olmaqla beynəlxalq tərəfdaşlarla əməkdaşlığa önəm verir.
Görüş zamanı 8 avqustda imzalanmış Vaşinqton Bəyannaməsi və ondan sonrakı hadisələr, həmçinin regional layihələr – TRIPP və “Sülhün Kəsişməsi” barədə fikir mübadiləsi aparılıb. Həmsöhbətlər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.