Estoniya XİN Rusiyaya nota verib
Estoniya Xarici İşlər Nazirliyi (XİN) üç Rusiya sərhədçisi tərəfindən sərhədin qanunsuz keçilməsi ilə bağlı bu ölkənin diplomatik nümayəndəsinə rəsmi nota təqdim edib.Bu barədə XİN bəyanat yayıb.
Bildirilib ki,Rusiya formasında olan sərhədçilər dekabrın 17-də Narva çayındakı Vasknarva daş körpüsündə Estoniya ərazisinə daxil olub, sonra isə geri qayıdıblar. Tallin bu hərəkəti qanunsuz sərhəd keçidi hesab edir.
Estoniya Şərq prefekturası sərhəd patrul xidmətinin sayını artırdığını və mümkün yeni insidentlərə cavab vermək üçün nəzarəti gücləndirdiyini bildirib. Nazirlik dekabrın 18-nə sərhəd xidmətləri nümayəndələrinin görüşünü planlaşdırdığını və Rusiyadan izahat gözləntilərini vurğulayıb.