ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
ABŞ Dövlət Departamenti Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə qarşı sanksiya tətbiq edib. Bu barədə ABŞ Dövlət katibi Marko Rubio açıqlama yayıb.
O bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iki hakimi - Gürcüstandan Qoça Lordkipanidze və Monqolustandan Erdenebalsuren Damdin İsrailin razılığı olmadan məhkəmənin İsrail vətəndaşlarını araşdırmaq, həbs etmək, saxlamaq və ya məhkəməyə vermək səylərində birbaşa iştirak ediblər. BCM bütün millətlər üçün təhlükəli bir presedent yaradan İsraili hədəf alan siyasiləşdirilmiş fəaliyyətlərdə iştirak etməyə davam edib.
“Biz ABŞ və İsrailin suverenliyini pozmaq və ABŞ və İsrail vətəndaşlarını səhvən BCM-in yurisdiksiyasına cəlb etmək istiqamətində səlahiyyətlərdən sui-istifadəyə dözməyəcəyik”,- deyə Rubio vurğulayıb.