“Telegram” Rusiyada növbəti dəfə cərimələnib
Moskva məhkəməsi “Telegram” platformasına 6 milyon rubl məbləğində maliyyə sanksiyası tətbiq edib.Bu barədə paytaxt məhkəmələrinin mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, şirkət kütləvi informasiya vasitələri, rabitə və informasiya texnologiyaları sahəsinə nəzarət edən federal qurumun tələblərini yerinə yetirmədiyi üçün məsuliyyətə cəlb olunub.
Oktyabr ayında Moskvanın Taqanski Rayon Məhkəməsi də “Telegram Messenger Inc.” barəsində inzibati xəta ilə bağlı qərar çıxarmış və şirkət 7 milyon rubl cərimələnmişdi.