Gürcüstan DTX-nin keçmiş rəhbərihəbs edilib
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili külli miqdarda rüşvət aldığına görə həbs edilib.
Bu barədə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze brifinqdə bildirib.
Məlumata görə, onu 11 ildən 15 ilə qədər həbs cəzası gözləyir: "Gürcüstan Baş Prokurorluğu və Dövlət Təhlükəsizlik Xidmətinin birgə əməliyyat-istintaq əməliyyatları nəticəsində Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Qriqol Liluaşvili həbs edilib. O, rüşvət almaqda ittiham olunur".