Ərdoğan liviyalı həmkarına başsağlığı verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi ilə telefon danışığı aparıb.Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkəsində məlumat paylaşıb.
O qeyd edib ki, Ərdoğan Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli Əhməd Əl Haddadın həlak olduğu qəza ilə bağlı Mənfiyə başsağlığı verib, hadisə yerində araşdırmanın fasiləsiz davam etdiyini diqqətə çatdırıb.