• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək

Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
27.12.2025 22:05

Kanada Ukraynaya əlavə 2,5 milyard dollarlıq iqtisadi yardım göstərəcək.

"Reuters" xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bildirib.

"Bu gün biz Ukraynaya əlavə 2,5 milyard dollarlıq iqtisadi yardım ayırdığımızı elan edirik. Bu, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankından maliyyələşmənin açılmasına və bərpa prosesinə başlanmasına kömək edəcək", – Karni vurğulayıb.

Zelenski Karniyə göstərilən yardıma görə təşəkkür edib və Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının vacibliyini qeyd edib.

"Bunun üçün bizə iki şey lazımdır: Rusiyaya təzyiq və Ukraynaya kifayət qədər güclü dəstək", – o əlavə edib.

Zelenski həmçinin Karni ilə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsini müzakirə etməyi planlaşdırdığını deyib.

Onun sözlərinə görə, diplomatik sahədə irəliləyişlər əldə olunsa da, Rusiyaya qarşı müdafiə imkanlarının azaldılması mümkün deyil.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Dünya 23:23
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Dünya 22:05
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Dünya 21:05
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Dünya 19:49
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Dünya 18:30
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Litva Ottava Konvensiyasından çıxıb
Dünya 16:49
Litva Ottava Konvensiyasından çıxıb
Moskvada sarı xəbərdarlıq elan olunub
Dünya 11:13
Moskvada sarı xəbərdarlıq elan olunub
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Dünya 09:46
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Dünya 08:55
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol