Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.Bu barədə Ağ Ev rəhbəri "Truth Social" səhifəsində yazıb.
"Bu gün saat 13:00-da Ukrayna Prezidenti Zelenski ilə görüşdən əvvəl Rusiya prezidenti Putinlə yaxşı və çox məhsuldar telefon danışığım oldu. Görüş Mar-a-Laqoda baş tutacaq", - Tramp qeyd edib.
O əlavə edib ki, görüşə mətbuat nümayəndələri də dəvət olunub.
Son xəbərlər
Daha çox