COP31 9-20 noyabr tarixlərində Antalyada keçiriləcək
BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP31) 9-20 noyabr 2026-cı il tarixlərində Antalyada keçiriləcək.Bu barədə Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi məlumat yayıb.
Məlumata görə Avstraliyanın ev sahibliyi hüququnu Türkiyəyə verdiyi və həmsədrlikdən çəkildiyi üçün iqlim sammiti 2026-cı ildə Antalyada keçiriləcək.