• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

Cənubi Koreyanın sabiq prezidentinin həbsi daha 6 ay uzadılıb

Cənubi Koreyanın sabiq prezidentinin həbsi daha 6 ay uzadılıb
02.01.2026 17:17

Seul məhkəməsi Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yolun ötən ilin payızında Şimali Koreyaya Pilotsuz Uçuş Aparatlarının (PUA) göndərilməsi ilə bağlı işi üzrə həbs müddətinin uzadılmasını təsdiqləyib.Bu barədə "Yonhap" informasiya agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Seul məhkəməsi prokurorluğun sübutların məhv edilməsi riski ilə bağlı arqumentləri ilə razılaşıb və onun həbs müddətini daha altı ay uzadıb. Əvvəlki müddət yanvarın 18-də bitirdi.

İstintaq bildirib ki, Yun Sok Yolun 2024-ci ilin oktyabrında PUA Pxenyanın cavab tədbirlərini təhrik etmək və sonradan gərginliyi həmin ilin dekabrında hərbi vəziyyət tətbiq etmək üçün bəhanə kimi qəsdən göndərmişdi.

İstintaqın məlumatına görə, o Müdafiə Nazirliyini və Birləşmiş Qərargah Rəisləri Komitəsini yan keçərək PUA bölməsinin komandanlığına birbaşa əmrlər verib.

Bu, sabiq prezidentin artıq üçüncü həbsidir. Ötən ilin yanvarında o, qiyam cəhdində ittiham olunaraq həbs edilmişdi, lakin sonradan məhkəmə qərarı ləğv edib və mart ayında Yun azadlığa buraxılıb. İyul ayında onu yenidən hərbi vəziyyətin tətbiqi işi ilə əlaqədar həbs ediblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün “Rəfah” sərhəd keçid məntəqəsi açılır
Dünya 11:44
Bu gün “Rəfah” sərhəd keçid məntəqəsi açılır
İranda 5,2 maqnitudalı zəlzələ olub
Dünya 10:47
İranda 5,2 maqnitudalı zəlzələ olub
İstanbuldan Tehrana uçan təyyarə Ankarada təcili eniş edib
Dünya 08:39
İstanbuldan Tehrana uçan təyyarə Ankarada təcili eniş edib
Yanvar ayında ekstremal istilər və şaxtalar olub
Dünya 20:30
Yanvar ayında ekstremal istilər və şaxtalar olub
İran: ABŞ hücum etməyəcəyinə zəmanət versə, danışıqlar mümkündür
Dünya 19:00
İran: ABŞ hücum etməyəcəyinə zəmanət versə, danışıqlar mümkündür
ÜST Hindistanda Nipah virusu ilə bağlı vəziyyəti yaxından izləyir
Dünya 18:30
ÜST Hindistanda Nipah virusu ilə bağlı vəziyyəti yaxından izləyir
Almaniya aviaşirkətlərinə İran hava məkanından çəkinmək tövsiyə olunub
Dünya 16:31
Almaniya aviaşirkətlərinə İran hava məkanından çəkinmək tövsiyə olunub
Kiyev metrosu fəaliyyətini dayandırdı
Dünya 14:49
Kiyev metrosu fəaliyyətini dayandırdı
Konqoda mədənin çökməsi nəticəsində 200-dən çox insan ölüb
Dünya 09:10
Konqoda mədənin çökməsi nəticəsində 200-dən çox insan ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol