İsveçrədə 9 yanvar Matəm Günü elan edilib
İsveçrədə barda baş verən faciə ilə bağlı 9 yanvar Milli Matəm Günü elan edilib.Bunu İsveçrə Konfederasiyanın Prezidenti, ölkənin iqtisadiyyat naziri Gi Parmelen “Tages-Anzeiger” qəzetinə müsahibəsində deyib.
Gi Parmelen bildirib ki, Kran-Montana kurortunda barda yanğında 40 nəfərin həyatını itirməsiylə əlaqədar 9 yanvar Milli Matəm Günü elan ediləcək.
Saat 14:00-da Kran-Montanada matəm mərasimi başlayan zaman İsveçrənin bütün kilsələrində zənglər çalınacaq. Ölənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq. Prezident anım mərasimində iştirak edəcəyini söyləyib.
Son xəbərlər
Daha çox