ABŞ vitse-prezidentinin Ohayo ştatındakı evinin pəncərələri sındırılıb - Video
Naməlum şəxs ABŞ-ın vitse-prezidenti Ceyms Vensin Ohayo ştatının Sinsinnati şəhərindəki evinin pəncərələrini sındırıb.Bu barədə CNN məlumat yayıb.
Hadisənin baş verdiyi vaxt Vens və ailəsi evdə olmayıb.
Məlumata görə, polis əməkdaşları qısa müddətdə şübhəli şəxsi saxlayıb və nəzarətə götürüblər.
İstintaq davam edir.Hadisənin motivi və vitse-prezidentin və ya ailəsinin hədəf alınıb-alınmadığı hələlik müəyyənləşdirilməyib.