• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

Avropada qar örtüyü son 20 ilin ən yüksək göstəricilərindən birinə çatıb

Avropada qar örtüyü son 20 ilin ən yüksək göstəricilərindən birinə çatıb
08.01.2026 16:11

2026-cı ilin yanvarın əvvəlində Avropada qar örtüyünün sahəsi təxminən 7,8 milyon kvadrat kilometrə çatıb ki, bu da qitə ərazisinin təxminən 70%-ni təşkil edir.

Peyk müşahidələri Avropada qar örtüyünün son illərlə müqayisədə qeyri-adi dərəcədə geniş olduğunu göstərir. Qar örtüyünün ən böyük sahələri Şimali, Mərkəzi və Şərqi Avropada qeydə alınıb. Bu ərazilərdə demək olar ki, Skandinaviya ölkələri, Baltikyanı dövlətlər, Şərqi Avropa və Rusiyanın böyük hissəsi tam şəkildə qarla örtülüb.

Məlumata əsasən, Alp dağları, Karpat və Balkanlar da daxil olmaqla, Mərkəzi və Cənub-Şərqi Avropanın dağlıq zonalarında da geniş qar örtüyü müşahidə olunur.

Bununla yanaşı, qitənin cənub-qərb və cənub bölgələrində – o cümlədən qərbi Fransa, İspaniyanın böyük hissəsi, İtaliya və Yunanıstanda qar örtüyü əsasən formalaşmayıb.

2018-ci ildən bəri aparılan müqayisəli arxiv məlumatlarına görə, hazırkı göstərici son illərdə Avropada qeydə alınan ən yüksək qar örtüyü sahəsidir. Qar örtüyünün bundan daha geniş olduğu dövrlər yalnız 2009 və 2010-cu illərdə, eləcə də oxşar səviyyələr 2017-ci ildə müşahidə olunub.

 2026-cı ilin yanvarındakı mövcud qar örtüyü son 20 il ərzində dördüncü ən yüksək göstərici kimi qiymətləndirilir.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Xartum aeroportuna üç ildən sonra ilk dəfə sərnişin təyyarəsi enib
Dünya 23:40
Xartum aeroportuna üç ildən sonra ilk dəfə sərnişin təyyarəsi enib
İsrail ordusu Livanın cənubuna zərbələr endirib
Dünya 21:59
İsrail ordusu Livanın cənubuna zərbələr endirib
Hindistan ordusunun Baş qərargah rəisi Ermənistana səfər edib
Dünya 21:38
Hindistan ordusunun Baş qərargah rəisi Ermənistana səfər edib
İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
Dünya 20:54
İran hökuməti etirazlarda ölənlərin siyahısını dərc edib
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
İdman 20:43
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
Əbu-Dabi danışıqları təxirə salınıb, yeni tarix açıqlanıb
Dünya 16:21
Əbu-Dabi danışıqları təxirə salınıb, yeni tarix açıqlanıb
Bu gün “Rəfah” sərhəd keçid məntəqəsi açılır
Dünya 11:44
Bu gün “Rəfah” sərhəd keçid məntəqəsi açılır
İranda 5,2 maqnitudalı zəlzələ olub
Dünya 10:47
İranda 5,2 maqnitudalı zəlzələ olub
İstanbuldan Tehrana uçan təyyarə Ankarada təcili eniş edib
Dünya 08:39
İstanbuldan Tehrana uçan təyyarə Ankarada təcili eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol