Yaponiyada 5,1 maqnitudada zəlzələ olub
Yaponiyanın şimal-şərqində 5,1 bal maqnitudada zəlzələ baş verib.Bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri İvate prefekturası yaxınlığında, ocağı 60 kilometr dərinlikdə yerləşib. Tələfat və ya dağıntı barədə məlumat verilmir.
Yeraltı təkanlardan sonra sunami xəbərdarlığı edilib, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv olunub.
Oxşar xəbərlər
Oxşar xəbərlər