İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
İranda davam edən etirazlar nəticəsində 500-dən çox insan həlak olub.Bu barədə “Reuters” agentliyi xəbər verir.
490 etirazçı və 48 təhlükəsizlik qüvvəsinin öldüyü, 10.600-dən çox insanın həbs olunduğu təsdiqlənib.
İran hökuməti iğtişaşlarda həlak olanlar üçün üç günlük milli matəm elan edib.
Müvafiq bəyanat dövlət televiziyası və radiosu tərəfindən dərc edilib.
Bəyanatda həmçinin İran Prezidenti Məsud Pezeşkianın da anma mərasiminə qoşulacağı vurğulanır və ölkə vətəndaşları 12 yanvarda keçiriləcək milli yürüşdə iştirak etməyə çağırılır.